2022-ci ilin yanvarında Azərbaycana idxal edən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə MDB ölkələrindən Azərbaycana ən çox məhsul idxal edən ölkə Rusiyadır.
Azərbaycana ötən ay MDB ölkələri üzrə idxalın dəyəri 322 440.69 min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələrindən Azərbaycana idxal 2 dəfə artıb.
Yanvarda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiyadan sonra Qazaxıstan və Ukrayna qərarlaşıb. Rusiyadan idxalın dəyəri 134 548.71 min ABŞ dolları, Qazaxıstandan 122 433.61 min dollar, Ukraynadan isə 35 730.22 min dollar olub.
Ötən ay Azərbaycana ən az idxal edən MDB ölkələri isə Qırğızıstan (653.53 min dollar), Moldovadır (389.25 min dollar).