10 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 11 milyon manatlıq nəqliyyat vasitələri aldı

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi 3 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu müqavilələrin cəmi məbləği 10 milyon 972 min manatdır.

“Gidromaşservis” QSC ilə bağlanmış müqavilədə Xüsusi nasoslar və mühərriklər üçün aqreqatlar və hissələrin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 549 999 manatdır.

“Hayat Group” MMC ilə bağlanmış müqavilədə Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (buldozerlərin) satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 839 620 manatdır.

“Ramma” QSC ilə olan müqavilədə isə Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (ekskavatorların) satınalınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri isə 7 582 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər