12 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ndan Astara üçün 3 milyon manatlıq sifariş

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Astara rayonu Astara sərhəd çayının 138-141 saylı sərhəd nişanları ərazilərində sərhəd yolunun və kommunikasiya qurğularının, Qapıçı məhəllə və Alaşa kəndlərinin sel sularından mühafizəsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 107 366 manatdır.

Son xəbərlər
Digər xəbərlər