7 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın 2 milyonluq tenderində qanun pozuntusu

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “TNN” QSC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi” (Viravulçay çayı) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 114 872 manatdır.

Qeyd edək ki, “TNN” QSC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2020  manatdır və qanuni təmsilçisi Natiq Kərimovdur. Bu şirkətin vergi borcu 03.11.2022-ci il tarixinə 30 771 manat təşkil edir.

Bildirək ki,  “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Son xəbərlər
Digər xəbərlər