15 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 5 dəfəyə yaxın azalıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2021-ci ili 79 milyon 138 min manat mənfəətlə başa vurub. 2020-ci ildə ASC-nin mənfəəti 352 milyon 962 min manat olub ki, bu da illik müqayisədə 4.5 dəfə azalma deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi gəlirləri 628 milyon 884 min manat (illik müqayisədə 28% az), cəmi xərcləri 549 milyon 747 min manat (illik müqayisədə 5% çox) təşkil edib.

2021-ci ildə qurumun cəmi aktivləri 3 milyard 539 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2.7% artım deməkdir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi öhdəlikləri 9 milyon 533 min manatdan 14 milyon 533 min manata, cəmi kapitalı isə 3 milyard 436 milyon manatdan 3 milyard 525 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər