Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 103 milyon 961 min dollar dəyərində 368 636 ton metanol (metil spirti) ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə metanol qeyri-neft sektoru üzrə ixracda 4.9% paya malik olub.
Ötən ilin eyni dövründə isə 48 milyon 646 min dollar dəyərində 223 727 ton metanol (metil spirti) ixrac edilib ki, bu da illik müqayisədə ixrac edilən metanolun dəyəri 2 dəfə artıb, miqdarı isə 65% artıb.
Bildirək ki, ixrac edilən 1 ton metanolun dəyəri 282 ABŞ dolları təşkil edir. 2021-ci ildə isə 1 ton metanolun dəyəri 217 dollar olub.
Onu da qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 402.3 min ton metanol istehsal edilib. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən metil spirti istehsalı 61.7% artıb. 01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyat 36.4 min ton təşkil edir.
Xatırladaq ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.