23.4 C
Baku
Monday, October 7, 2024

Azərbaycan metanol ixracını 21%-ə qədər azaldıb

2020-ci il ərzində Azərbaycandan dəyəri 51.2 milyon ABŞ dolları olan metanol ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

İxrac olunmuş metanol ötən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.4 milyon ABŞ dolları və yaxud 20.7% azdır.

2020-ci ilin dekabr ayında isə Azərbaycandan 5.1 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.

Belə ki, ixrac edilmiş metanol əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları çoxdur. 2019-cu ildə ixrac olunmuş metanolun dəyəri 1.1 milyon ABŞ dolları olub.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər