“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.
Banker.az xəbər verir ki, protokola Nərimanov Rayon Məhkəməsində baxılacaq və işə baxan hakim Hafiz Kamranovdur.
İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə görə, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.