Banker.az-ın məlumatına görə, audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.
Kredit təşkilatının gəlirləri 4 milyon 90 min 969 manat faiz gəlirləri, 822 min 562 manat qeyri-faiz gəlirləri olmaqla toplamda 4 milyon 913 min 531 manat təşkil edir ki, bu da 2023-cü ilin nəticələri ilə müqayisədə 18.07 faiz çoxdur. Faiz xərcləri 1 milyon 336 min 413 manat, qeyri-faiz xərcləri 2 milyon 691 min 624 manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə “Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin cəmi aktivləri 9 milyon 227 min 610 manat olub. Bunun 8 milyon 213 min 077 manatı müştərilərə verilmiş kreditlərdir.
31 dekabr 2024-cü il tarixinə təşkilatın cəmi öhdəlikləri 8 milyon 9 min 181 manat, cəmi kapitalı isə 1 milyon 218 min 429 manat olmuşdur. “Azərbaycan Mikro-Kredit BOKT” ASC -nin illik mənfəətinin həcmi isə 548 min 335 manat təşkil etmişdir.
Ətraflı: https://www.azmk.az/reports