“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 701 manat xalis mənfəətlə başa vurub. BOKT 2018-ci ili 55 min manat xalis mənfəətlə tamamlamışdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 3 milyon 91 min manat olub ki, bu da illik müqayisədə 4,4% çoxdur. Bunun 2 milyon 887 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 11% böyüyüb.
Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 7% artaraq 436 milyon manat, balans kapitalı isə 4% artaraq 2 milyon 655 min manata, o cümlədən nizamnamə kapitalı 6% artaraq 2,7 milyon manata çatıb.
Xatırladaq ki, BOKT Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.