Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.
Kredit təşkilatının faiz gəlirləri 1 milyon 484 min 838 manat, faiz xərcləri 510 min 870 manat, qeyri-faiz gəlirləri 170 min 751 manat, qeyri-faiz xərcləri 1 milyon 628 min 202 manat təşkil edib.
31 dekabr 2022-ci il tarixinə “Azərbaycan Mikro-Kredit BOKT” MMC-nin cəmi aktivləri 8 milyon 508 min 444 manat olub ki, bu da illik müqayisədə 346.94% artım deməkdir. Bunun 6 milyon 888 min 588 manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə bu göstərici 1 milyon 905 min 442 manat olub.
31 dekabr 2022-ci il tarixinə təşkilatın cəmi öhdəlikləri 7 milyon 398 min 274 manat, cəmi kapitalı isə 1 milyon 110 min 170 manat olmuşdur. “Azərbaycan Mikro-Kredit BOKT” MMC -nin illik zərərinin həcmi isə 327 min 695 manat təşkil edib.
Təşkilat 2014-cü ildə yaradılıb. “Azərbaycan Mikro-Kredit BOKT” MMC-nin 2022-ci il ərzində 5 filialı fəaliyyətə başlamışdır.
Hesabatlar: https://www.azmk.az/reports