3 C
Baku
Friday, January 2, 2026

“Azərbaycan Mikro-Kredit” BOKT-nin vəzifəli şəxsi 10 min manat cərimələnib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların təqdim edilməsi qaydalarını pozduğu müəyyən edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin və müvafiq qaydaların tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən qurumun vəzifəli şəxsinə 10 000 manat məbləğində cərimə tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər