9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Mikromaliyyə Assosiasiyası ETSN-lə anlaşma memorandumu imzaladı

22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb.

Banker.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən layihələrə dəstək göstərilməsidir.

Razılaşmaya əsasən tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, ekosistemin bərpası, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri kimi layihələrin icrasında koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
Son xəbərlər
Digər xəbərlər