Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti aşağıdakı yeni tərkibdə təsdiq edilsin:
| Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri | ||
| Əliyev İlham Heydər oğlu | – | Azərbaycan Respublikasının Prezidenti | 
| Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini | ||
| Mehdiyev Ramiz Ənvər oğlu | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü | 
| Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri | ||
| Quliyev İbrahim Said oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru | 
| Həbibbəyli İsa Əkbər oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru | 
| Rzayev Anar Rəsul oğlu | – | Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı | 
| Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru | ||
| Əlizadə Akif Ağamehdi oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru | 
| Azərbaycan Milli Ensiklopediyasının məsul katibi | ||
| Nağıyev Tofiq Murtuza oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru | 
| Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri | ||
| Abiyev Ağacan Qulam oğlu | – | texnika elmləri namizədi, professor | 
| Bilalov Bilal Telman oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri | 
| Budaqov Tahir Yaqub oğlu | – | Dövlət Statistika Komitəsinin sədri | 
| Bünyadov Teymur Əmiraslan oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri | 
| Cəlilov Namiq Sərdar oğlu | – | AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru | 
| Eldarov Ömər Həsən oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru | 
| Ələkbərov Urxan Kazım oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru | 
| Əliquliyev Rasim Məmməd oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru | 
| Əliyev Kamran İmran oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri | 
| Əliyev Telman Abbas oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru | 
| Əliyeva Fərəh Şirməmməd qızı | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri | 
| Əlizadə Firəngiz Əliağa qızı | – | AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti | 
| Fərzəliyev Vaqif Məcid oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru | 
| Hacıyev İsmayıl Muxtar oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri | 
| Hüseynova İradə Məmməd qızı | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru | 
| Xəlilov Fərhad Qurban oğlu | – | Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı | 
| İsmayılov Amin İsmayıl oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri | 
| İsmayıl-zadə Arif Cəfər oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri | 
| Kərimov Kərim Məmmədxan oğlu | – | AMEA-nın müxbir üzvü | 
| Kərimov Teymur Həşim oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru | 
| Qədirov Fəxrəddin Əbülfət oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri | |
| Qəribov Adil Əbdülxalıq oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri | |
| Mahmudov Yaqub Mikayıl oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru | |
| Məhərrəmov Abel Məmmədəli oğlu | – | AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru | |
| Məlikov Arif Cahangir oğlu | – | AMEA-nın həqiqi üzvü, xalq artisti | |
| Məmmədəliyev Vasim Məmmədəli oğlu | AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri | ||
| Məmmədov Qərib Şamil oğlu | – | AMEA-nın həqiqi üzvü | |
| Məmmədov Nazim Timur oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru | |
| Məmmədova Fəridə Cəfər qızı | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri | 
| Muradov Şahbaz Musa oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri | 
| Mustafayev Şahin Məcid oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini | 
| Paşayev Arif Mir Cəlal oğlu | – | AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru | 
| Rəsulov Əsgər Adil oğlu | – | Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor | 
| Rüstəmov Musa İsmayıl oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri | 
| Salahov Tahir Teymur oğlu | – | Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı | 
| Səmədzadə Ziyad Əliabbas oğlu | – | AMEA-nın həqiqi üzvü | 
| Vəlixanlı Nailə Məmmədəli qızı | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru | 
| Yusifzadə Xoşbəxt Bağı oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti | 
Bu fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilir.


                                    





