Azərbaycan 2022-ci ildə mis filizi ixracını 21% artırıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat ilində 19 015 ton həcmində mis filizi ixrac edib. Bu da $26.75 milyonluq idxal dəyəridir.
2021-ci ildə 15 754 ton ($24.74 mln.) həcmində mis filizi ixrac edilib.
İxrac edilmiş mis filizinin 14 515 tonu ($18.74 mln.) Özbəkistana, 3 741 tonu ($6.42 mln.) İsveçrəyə, 756 tonu ($1.6 mln.) Türkiyəyə ixrac edilib.