2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda metal filizlərinin hasilatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat dərc edib.
Mis konsentratının istehsalı 2 270,6 ton təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə artıb.
Gümüş istehsalı 2 746,1 kiloqram səviyyəsində qeydə alınaraq 33,2% artım göstərib. Qızıl hasilatı isə 2 113,4 kiloqram olub və əvvəlki dövrə nisbətən 43,1% artıb.
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.”-nin direktoru Reza Vəziri bildirmişdi ki, 2025-ci ildə 28-33 min unsiya qızıl və 6 500-6 800 ton mis hasil etməyi planlaşdırır. Mis hasilatı şirkətin fəaliyyətində getdikcə daha önəmli yer tutur. 2025-ci ildə hasilatımız ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artacağı bildirilmişdi.
Hasilatın azalmasına bəzi yataqlarda hasilatın müvəqqəti dayandırılması da təsir edirdi.
R.Vəziri bildirib ki, şirkətin 2025-ci il üçün dövriyyə proqnozu tarixində ən yüksək illik göstərici olacaq. “Çünki biz hasilat portfelimizdə misin payını artırır və gələcəkdə “Qaradağ” və “Xarxar” yataqlarının daha böyük mis ehtiyatlarını istismara verməyə başlayırıq”- deyə, bildirmişdi.