Bu ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 145 ölkə arasında 45.45 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan oktyabr ayına nisbətən 3 pillə geriləyib.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (324.92 MB/S), sonuncu yeri isə Kuba (145-ci yer, 3.90 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə oktyabrda dünyada 116-cı yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 5 pillə geriləmədir.