19 C
Baku
Thursday, October 17, 2024

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə geriləyib

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 159 ölkə arasında öncəki ayla  müqayisədə 9 pillə irəliləyərək 52.06 MB/S sürətlə 95-ci yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.

Azərbaycan mobil internetin sürətinə görə avqust ayına nisbətən sentyabrda 3 pillə geriləyərək 55.62 MB/S sürətlə 112 ölkə arasında 48-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Yəmən tutub.

Son xəbərlər
Digər xəbərlər