2024-cü ilin aprel ayında Azərbaycan mobil internetin sürətinə görə 144 ölkə arasında 49.62 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə 5 pillə geriləyib.
Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Qətər (314.78 MB/S), sonuncu yeri isə Kuba (144-cü yer, 4.15 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə apreldə dünyada 116-cı yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləmədir.