17 C
Baku
Friday, October 18, 2024

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 7 pillə irəliləyib və 37.42 MB/S sürətlə 57-ci pillədə qərarlaşıb.

Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına istinadən xəbər verir.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 117-ci yerdə qərarlaşıb ki, bu da yanvar ayı ilə müqayisədə 1 pillə irəliləmədir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.57 MB/S olub.

 

Son xəbərlər
Digər xəbərlər