2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33.64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.
“Speedtest Global Index”in məlumatında deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213.73 MB/S), sonuncu yerdə isə Kuba (1.84 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126.96 MB/S sürətlə birinci, Kuba isə 4.49 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.