Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 153 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə irəliləyərək 91.27 MB/S sürətlə 80-ci yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə yanvar ayına nisbətən fevralda 2 pillə irəliləyərək 94.95 MB/S sürətlə 104 ölkə arasında 50-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.






