15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan Moskva və Tulaya 4 min ton nar ixrac edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi, bu ilin əvvəlindən Azərbaycandan idxal edilən 4 min tona yaxın təzə narın fitosanitar nəzarəti həyata keçirib.

Qurum bununla bağlı ümumilikdə 200-dən çox nəqliyyat vasitəsini yoxlayıb.

Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU “VNIIKR”) mütəxəssisləri bütün məhsullar üzrərində laboratoriya sınaqları keçirib, məhsulların karantin fitosanitar tələblərə uyğunluğu təsdiqlənib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər