18 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan mühərrik yağı istehsalını 3 dəfə artırır

2022-ci ilin ilk 9 ayında Azərbaycanda istehsal edilən mühərrik yağlarının həcmi kəskin artıb.

Bu barədə banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, hesabat müddəti ərzində Azərbaycanda 11.56 min tonluq mühərrik yağları istehsal edilib.

Bu, 2021-ci ilin ilk 9 ayında 4.1 min ton olduğunu nəzərə alsaq, bu illik bu məhsul istehsalının 3 dəfəyə yaxın artması deməkdir.

Hesabat müddəti ərzində ölkə ərazisində istehsal edilmiş hidravlik yağların həcmi isə 1.94 min ton təşkil edib, bu 2021-ci ildə 1.5 min ton idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər