Azərbaycanda qanunverici hökumət Milli Məclis tərəfindən müştərək bank olan Qara Dəniz Ticarət və İnkişaf Bankının nizamnamə kapitalının artırılmasına razılıq verilib.
Banker.az xəbər verir ki, bu məsələ Milli Məclisdə Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada üzrə iclasda müzakirə edilib.
Sahibə Qafarova “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, qeyd edib ki, beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə bu qanun layihəsi müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.
Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu” 2022-ci il aprelin 22-də imzalanıb.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bu Bank Azərbaycanın da iştirakı ilə 1997-ci ildə təsis edilib. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir.
Bankın nizamnamə kapitalı ilkin mərhələ olaraq artırılaraq 2.3 milyard avro ekvivalentinə qaldırılıb. Sonradan 2021-ci ilin oktyabrda artırılmış 816.54 milyon avro dəyərində 710.03 ədəd səhmin abunə kapitalında artımı ikinci mərhələ qismində təklif olunub.
Hazırkı sənədə əsasən Azərbaycan tərəfi hər birinin nominal alış qiymətinin dəyəri 1 150 avro olan Qara Dəniz Ticarət və İnkişaf Bankının 35 680 ədəd səhminə abunə olur və 41 mln. 32 min avro (cari EUR/AZN məzənnəsi ilə götürdükdə 75 mln. 261.26 mln. manat) məcmu alış qiymətinin ödənilməsinə razılıq verir. Beləliklə, Azərbaycan QDTİB-ın abunə kapitalının artımına son, qeyd-şərtsiz və qaytarılmayan abunəliyinə qoşulmuş hesab ediləcək.