15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan nazirlərinin təhsilləri (SİYAHI)

Azərbaycan nazirləri müxtəlif peşə sahibləridir. Aralarında hüquqşünas, polis, iqtisadçı, şərqşünas, həkim və s. var. 
Nazirlərin təhsili haqqında bilgiləri təqdim edirik:
Azərbaycan Respublikasının 10-cu Baş naziri Əli Əsədov 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1632466991 eliesedovesas
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
 1632467096 vilayetesas
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1984-cü ildə Bakı şəhərində orta məktəbi, 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasına yiyələnib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb.
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.
 1632467153 pervizsah
Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib.
1632469048 fikretmemmedov
Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
 1632467209 sahilbabayev
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
 1632467251 kemaledinheyderov
Azərbaycan Respublikasdının Gənclər və İdman naziri Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini qazanıb. 2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsi alıb. 2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.
 1632467388 feridqayibov
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1632467371 ceyhunbayramovesas
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov 1992-1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illər – ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü il – Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi qazanıb.
 1632467516 mikayilcabbarov
Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov 1984-cü ildən 1994-cü ilə qədər S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-cü ildən 1995-ci ilədək Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Ali Məktəbində (ing. Richmond High School) təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, 2000–2002-ci illərdə isə, Fransanın Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi qazanıb.
1632468886 inamkerimov
Azərbaycan Respublikasın Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb.
 1632467474 samirserifov
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarında iştirak edib.
1632467554 anarkerimov
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.
 1632467560 zakirhesenovesas
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev 1965-ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 1975-ci ildə Gəncə şəhərində 8 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib. 1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. Mədət Quliyev 1997-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
 1632467591 medetquliyev
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi qazanıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. Rəşad Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
1632467673 resadnebiyev
Azərbaycan Respublikasının Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” kimi təhsil ocalqarında birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.
 1632467784 teymurmusayev
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr təhsili alıb.
 1632467867 emintehsilnaziri
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər