Azərbaycanda neft emalı zavodu 2025-ci ilin ikinci və üçüncü rübləri ərzində ümumi həcmi 13.8 min ton olan Aİ-95 premium benzini istehsal edib. Rəsmi göstəricilərə görə istehsal edilmiş bu benzinin az hissəsi satışa çıxarılır.
Banker.az xəbər verir ki, istehsal həcmi ikinci rüb ərzində 8.8 min ton idi.
2024-cü ildən bu benzinin istehsalı ilə bağlı məlumatlar yer alsa da, statistik olaraq məlumat yerləşdirilməmişdi.
Azərbaycanda bu benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. İstehsala təqribən 2022-ci ildə başlandığı bildirilsə də, üç il ərzində bu məhsuldan istehsal edilməyib.
Hazırkı istehsal daxili tələbi tam qarşılayacaq həcmdə olmadığından tələb idxalla qarşılanır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk səkkiz ayında ölkə xaricdən 83.46 min ton($70.45 mln.) həcmində Aİ-95 premium benzini idxal edib. Azərbaycan tarixində ilk dəfə Gürcüstana 4.2 min ton və ya $2.78 mln. həcmdə Aİ-95 markalı benzin satıb.
DSK-nın məlumatına görə, ilk üç rübdə NEZ 1 milyon 67.54 min ton Aİ-92 markalı benzin istehsal edib. Bu öncəki ilin analoji dövründə 1 milyon 45.36 min ton idi Aİ-92 istehsal edilmişdi.
Aİ-92 markalı benzindən fərqli olaraq premium benzinin qiyməti birja qiymətləri ilə müəyyən olunur. Bununla belə, xaricdən fərqli olaraq neftin qiymətindəki volotelliklərə baxmayaraq Aİ-95 benzinin bir litri sonuncu dəfə 2024-cü ilin iyulunda 0.40 manat ucuzlaşaraq 1.60 manat olub. Aİ-92 isə həmin müddətdə bir litrə görə 1 manatdan 1.1 manata qədər bahalaşdırılmışdı.






