15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan neft hasilatını artıracaq

OPEC plus” ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edəcək.

Yəni Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlamaq imkanı əldə edib.

Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib:

“Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər