Azərbaycan nefti “Azeri Light” markalı xam neftin qiyməti 20 sent, yəni, 0.5% bahalaşmaqla 41 dollara çatıb.
Banker.az xəbər verir ki, xam neftin bir bareli bu günə 40.98 dollara ticarət olunur.
Qeyd edək ki, ötən həftənin cümə günü Azərbaycan nefti 37.53 dollar/barel idi. Bu isə bir həftə ərzində milli xam neft brendimizin 9.2% bahalaşması deməkdir.
Hazırda Bloomberg-də Brent neftinin qiyməti 39.92 dollar/barel səviyyəsindədir.