“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq, o cümlədən enerji əməkdaşlığı gücləndirilib”.
Bunu Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masasının fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə Aİ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Peter Fisinger deyib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında imzalanmış enerji sahəsi üzrə Anlaşma Memorandumunu xüsusi qeyd edilməlidir.
“Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45 %-i Aİ ölkələrinin payına düşür. Neft və qazdan başqa Azərbaycan Aİ ölkələrinə əsas fındıq ixracatçısıdır”, – deyə Aİ rəsmisi qeyd edib.