Azərbaycan nefti $123-ə qalxdı – Tələb yüksəlməkdədir

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti son bir gündə kəskin artıb. Belə ki, qiymət $117.79-dan $122.7-a yüksəlib ki, bu da təxminən 4.2% bahalaşma deməkdir.

Banker.az xəbər verir ki, bazarda bu artım fonunda Azərbaycan neftinə tələbin yüksəlməsi müşahidə olunur.

Qeyd edək ki, son həftələrdə “Azeri BTC” əsasən Aralıq dənizi və Avropa bazarına yönəlib. Avropada təklifin məhdud olması fonunda bu yüngül və aşağı kükürdlü neft markası üzrə mükafatlar kəskin artıb. Treyderlərin sözlərinə görə, aprel yükləməli partiyalar barel üzrə 5–6 dollar və ya daha yüksək mükafatla ticarət olunur, bəzi hallarda isə alıcıların həcmləri təmin etmək üçün daha yüksək qiymət ödəməsi nəticəsində bu göstərici 8–9 dollara qədər yüksəlib.

Eyni zamanda, Yaxın Şərqdəki pozuntular fonunda emal sənayesinin yanacaq istehsalını sabit saxlamaq üçün regional markalara alternativlər axtarması da “Azeri BTC” neftinə tələbi artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Bu tələb həmçinin Qazaxıstan neftinə də aiddir.

Son 12 saat ərzində dünya neft bazarlarında kəskin dalğalanma müşahidə olunub. Ötən gün (19 mart) Brent markalı neftin qiyməti Yaxın Şərqdəki gərginlik fonunda 119 dollar həddinə qədər yüksəlsə də, bu gün səhər saatlarında qiymətlər təxminən 2-3% ucuzlaşaraq 105-107 dollar səviyyəsinə enib.

Son xəbərlər
Digər xəbərlər