11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan nefti 6%-ə yaxın ucuzlaşıb – BİRJALAR

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,51 ABŞ dolları və yaxud 5,63% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,81 dollar təşkil edib.

Bildirək ki, Bakı vaxtı ilə saat 9:35 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.65$ yəni, 3,23 % ucuzlaşaraq  52.74$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.69$, yəni, 3.01% ucuzlaşaraq  57.92$-a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər