Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 3,81 dollar və yaxud 5,95% azalıb.
Banker.az bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,24 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.