12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan nefti son ilin maksimum qiymətində ticarət olunur

Azərbaycan neftinin qiyməti son sutka ərzində 1.03 dollar, yəni, 1.76% bahalaşıb.

Banker.az xəbər verir ki, “Azeri Light”ın qiyməti 59.51 dollar/barrel təşkil edib.

Bu son bir ilin maksimum göstəricisidir.

Hazırda birjalarda Brentin bir barreli mart fyuçersləri üzrə 59 dollara yaxın ticarət olunur.

Bahalaşmaya səbəb isə ABŞ-da neft ehtiyatlarının azalması və bazarda yarana biləcək defisit qorxusu nefti bahalaşdırır. Son açıqlamaya görə, ABŞ-da neft ehtiyatları bir qədər də azalıb. Bu isə öz növbəsində neftin qiymətini 60 dollar/barrel səviyyəsindən üstə çıxara bilər.

OPEC+ ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, fevral və martda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.

Son xəbərlər
Digər xəbərlər