Azərbaycanın dünya bazarına çıxardığı neftin barreli bir gündə 8.91 dollar, yaxud 10.76% qoəiymət itkisi ilə üzləşib.
Banker.az xəbər verir ki, Azeri Light markalı xam neftin barreli 73.91 dollara düşüb.
Hazırda dünyada koronavirusun yeni yayılan variantı səbəbindən treyderlər üçün ölkələrin qapanmaya gedəcəyi ehtimalını artırır. Bu da enerji daşıyıcılarına olan tələbin azalmasə ilə nəticələnə bilər.