23 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan neftinin ən böyük alıcıları – REYTİNQ

2021-ci ilin yanvar-fevral ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 2 mln. 930 min 75 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Hindistan olub. Belə ki, Hindistan 574 min 34 ton Azərbaycan nefti alıb.

İspaniya və Portuqaliya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İspaniya 507 min 406 ton, Portuqaliya isə 312 min 239 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Ukrayna 339 min 389 ton, Çin 277 min 517 ton, Xorvatiya 187 min 116 ton, İsrail 122 min 208 ton, Böyük Britaniya 90 min 71 ton, Almaniya 91 min 824 ton, Belarus 90 min 821 ton, Ruminiya 84 min 725 ton, Avstraliya 54 min 976 ton, Tunis 29 min 784 ton, Türkiyə 1 743 ton və Rusiya 166 ton.

 

Son xəbərlər
Digər xəbərlər