Azərbaycan neftinin qiyməti bir qədər də bahalaşaraq 123 dollar/barrel səviyyəsinə çatıb.
Bu barədə Banker.az-a bazardakı mənbə bildirir.
Spot müqavilələrlə ticarət olunan “Azeri Light” markalı xam neftin bir barreli 24 sent, yaxud 0.19% bahalaşmaqla 122.94 dollara yüksəlib.
Qeyd edək ki, Azərbaycanın da iştirak etdiyi OPEC+ alyansının qərarına görə Azərbaycan cari ay ərzində 688 min barrel xam neft hasil edə bilər.