3 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycan neftinin ortamüddətli dövrdə qiymət ssenariləri açıqlanıb – Cədvəl

Baza ssenariyə əsasən, gələn il üçün Azərbaycanın dövlət büdcəsi layihəsində 2026-2028-ci illər üçün xam neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 10 dollar azdır.

Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edək ki, bu il üçün qeyd olunan göstərici 75 dollar, gələn il üçün isə 70 dollar səviyyəsində proqnozlaşdırılıb.

“Neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft-qaz qiymətlərinin aşağı düşməsı və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Bu baxımdan, hazırda dünyada gedən geosiyasi proseslər və iqtisadi trendlər fonunda enerji daşıyıcılarının qiymətinin dəyişməsinin icmal və dövlət büdcəsinə mümkün təsirlərinin təhlili xüsusi əhəmiyyət kəsb edir”, – sənəddə qeyd olunur.

Bildirilir ki, ortamüddətli dövrü əhatə edən 2025-2028-ci illər üzrə icmal və dövlət büdcəsi parametrləri neft və təbii qaz sektorunda hasilat proqnozları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən təxmin edilən gəlirlilik faizi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş xam neftin və təbii qazın müxtəlif qiymət ssenariləri əsasında hazırlanıb.

Xam neftin ortamüddətli dövrdə dünya bazarlarında orta satış qiyməti ssenariləri üzrə cədvəl (ABŞ dolları/barel):

Ssenarilər (illər üzrə) 2025 2026 2027 2028
Optimist 80 75 75 75
Baza 70 65 65 65
Pessimist 60 55 55 55
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər