8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan neftinin qiyməti 41 dolları ötüb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar yaxud 3,79% bahalaşıb.

Agentlik xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 41,10 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Report

Son xəbərlər
Digər xəbərlər