13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan neftinin qiyməti 8 ilin maksimumuna yüksəldi

Azərbaycan neftinin qiyməti bir qədər də bahalaşaraq 88 dolları da geridə qoydu.

Banker.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barreli 1.57 dollar, yaxud 1.81% bahalaşaraq 88.45 dollara çatıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88.19) qeydə alınmışdı. Beləliklə, hazırkı qiymətlə 2015-ci ildən bu tərəfə maksimum yeniləməsi deməkdir.

2022-ci ilin yanvarın əvvəli Azərbaycan OPEC+ alyansının hasilatın artırılması ilə bağlı bəyamnaməni alqışladı. Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.

2021-ci ilin dekabrındakı anlaşmada isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olmasını nəzərdə tutlurdu.

Son xəbərlər
Digər xəbərlər