13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan neftinin qiyməti $93-ə çatdı

“Azeri Light” markalı Azərbaycan neftinin barelinin qiyməti 0.04 ABŞ dolları, yaxud 0.43 % artaraq 92.89 ABŞ dollarına çatıb.

Bu barədə Banker.az-a neft bazarındakı mənbə məlumat verib.

Ötən gün “Brent” markalı neftin bir bareli 86.65 ABŞ dolları olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir

Son xəbərlər
Digər xəbərlər