Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçdi.
Banker.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1.42 ABŞ dolları və ya 1.51 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 95.07 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15.81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149.66 dollara satılıb.