Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 191.6 milyon manatlıq məhsul istehsal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42.9%, elektrik avadanlıqlarının istehsalı isə 34.1% artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3.2 dəfə, güc transformatorlarının istehsalı 78.9%, ölçmə cihazlarının istehsalı isə 26.8% artıb.