21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan noyabrda genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 2 pillə irəliləyərək 121-ci yerdə qərarlaşıb.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 16,47 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 3 pillə geriləyib və 28,28 MB/S sürətlə 64-cü pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 181 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (184,65 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,67 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 136,42 MB/S sürətlə birinci, Əfqanıstan isə 5,24 MB/S sürətlə sonuncu 138-ci yerdə qərarlaşıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər