Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirilmir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev qeyd edib ki, tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib: “Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Azərbaycan nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. İclasda iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”.