15 C
Baku
Tuesday, October 21, 2025

Azərbaycan nümayəndələri Ermənistana gedir

Oktyabrın 21-22-də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzi məlumat yayıb.

Görüşün İrəvanda keçirilməsi nəzərdə tutulub.

Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər