11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan oktyabrda “OPEC+” kvotasından 194 min barel geri qalıb

Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 490 min barel səviyyəsində olub.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd olunur.

Agentliyin qiymətləndirməsinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatı 490 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, Azərbaycan oktyabr ayında “OPEC+” çərçivəsində kvotasından 194 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 193 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1.4 milyon barel azaldacağını bəyan edib

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər