“2022-ci ilin dövlət büdcəsi sosial yönümlüdür, insan hüquq və azadlıqlarının qorunması istiqamətində hazırlanıb”.
Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zaman deyib.
O bildirib ki, insan hüqualarının səmərəli qorunmasına dövlət tərəfindən lazımi dəstək göstərilir.
Ombudsman bir sıra məsələlərin həlli ilə bağlı Ombudsman təchizatına əlavə vəsaitin ayrılmasının zəruriliyini qeyd edib.