Azərbaycan 2023-cü ilin ilk 10 ayında 22 milyard 916 milyon kub-metr həcmində təbii qaz ixrac edib.
Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu da illik müqayisədə 4 milyard 536 milyon kub-metr, yəni 25% artıb.
Təbii qazın ixracının yüksəlməsinə rəğmən, dəyəri illik müqayisədə 16% azalaraq 12 milyard 271.97 milyon dollara düşüb.
İxracın dəyərinin azalma səbəbi isə dünya bazarlarında enerji qiymətlərinin aşağı düşməsidir. Belə ki, 2022-ci ildə Azərbaycan təbii qazın hər 1000 kub-metrini 797 dollara ixrac etdiyi halda, cari ildə bu rəqəm 535 dollara düşüb. Yəni Azərbaycan xaricə təbii qazın hər 1000 kub-metrini cari ildə 262 dollar ucuz satır.
2022-ci ilin ilk aylarında Rusiya-Ukrayna toqquşması səbəbindən dünya birjalarında enerji qiymətləri kəskin dəyər qazandı. Məsələn, təbii qazın hər 1000 kub metri Niderlanddakı qaz habında 3000 ABŞ dollarına qədər bahalaşmışdı. Cari ildə isə bu rəqəm kəskin düşərək 531 dollar/1000 kub-metr təşkil edib.