Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632.4 min barel olub.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bunun 523.5 min barelini xam neft, 108.9 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barel artırılaraq 696 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barel həcmində olması nəzərdə tutulurdu.